Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var Yevlax-Bərdə avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
31 Yanvar , 2020 09:42
Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Yevlax-Bərdə avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, avtomobil yolunun Yevlax rayonu (Qoyunbinəsi kəndi) ərazisindən keçən hissəsində "BMW" və "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb və xəstəxanaya aparılıblar.

Belə ki, Qəzada 1962-ci il təvəllüdlü Almaz Salmanova və daha bir nəfər (kimliyi dəqiqləşdirilir) xəsarət alıb. Avtomobillərdən birinin sürücüsü olan Kamil Həsənovun isə qəza zamanı halı pisləşib və ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi