Bakı. 5 sentyabr.REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində iki gənc bıçaqlanıb. Abşeron rayon Polis Şöbəsindən (RPŞ) Report-a verilən məlumata görə, hadisə zamanı Xırdalan şəhərinin Quşçuluq massivi döngə 2, Hüseyn Arif küçəsi ev 55-də yaşayan 1987-ci il təvəllüdlü Musəvi Həşimov və onun dostu 1988-ci il təvəllüdlü Yusif Əliyev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Hadisədən əvvəl hər iki şəxs Xırdalan şəhərindən metronun 20 yanvar stansiyasına doğru hərəkətdə olan 119 saylı marşrut xəttində tanımadıqları şəxslərlə mübahisə ediblər. Daha sonra M.Həşimov və Y.Əliyev həmin şəxslərlə mübahisəni avtobusdan düşəndən sonra da davam etdiriblər və nəticədə bıçaqlanma hadisəsi qeydə alınıb.
Hazırda Abşeron RPŞ-nın əməkdaşları hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.