Mebel ustası kimi icazə alıb Qubaya gedən şəxslər oğurluq ediblər

Mebel ustası kimi icazə alıb Qubaya gedən şəxslər oğurluq ediblər Mebel ustası kimi icazə alıb Qubaya gedən şəxslər oğurluq ediblər
Hadisə
4 İyul , 2020 12:28
Mebel ustası kimi icazə alıb Qubaya gedən şəxslər oğurluq ediblər

Xüsusi icazədən istifadə edən oğrular saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir DadaşovElçin Abdullayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verin sənəd vasitəsilə tərk edərək Qubaya gediblər və orada oğurluq hadisəsini törədiblər.

Qeyd olunan faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi