Silahlı xuliqanlıqda təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Silahlı xuliqanlıqda təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib Adam bıçaqlamaqda təqsirləndirilən Bakı şəhər sakini İslam Abdurahmanzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 İyun , 2019 17:39
Silahlı xuliqanlıqda təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Adam bıçaqlamaqda təqsirləndirilən Bakı şəhər sakini İslam Abdurahmanzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. 

Hakim Murad Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Hadisə ötən il oktyabrın 31-də baş verib. Paytaxtda Ağdam rayon sakini E.Aslanovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olib. Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Abdurahmanzadə müəyyən edilərək saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi