​Xuliqanlıq edən şəxsə 8 il həbs cəzası verilib

​Xuliqanlıq edən şəxsə 8 il həbs cəzası verilib Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
15 Fevral , 2016 15:13
​Xuliqanlıq edən şəxsə 8 il həbs cəzası verilib

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq etməkdə təqsirləndirilən Saleh Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Məmmədov xuliqanlıq etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi