Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Xaçmazın Xudat şəhəri ərazisində, Xudat-Nabran yolunun 3-cü kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal bürosunun xəbərinə görə, "VAZ-2106" markalı avtomobil ilə bazarlıq edərək evə gələn 2001-ci il təvəllüdlü sürücü Asim Vahid oğlu Əmirovu traktor vurub.
Hadisə o, maşını yol kənarında saxlayaraq yükləri evinə daşıyan zaman baş verib. Məmmədağa Quliyevin idarə etdiyi traktor gənci divara sıxıb.
Hadisə yerində ölən Asim Əmirov Səbail DYP əməkdaşı Vahid Əmirovun oğludur.
Hazırda mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə aparılıb və rayon Polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.