Xudatda ölümlə nəticələnən yol qəzası olub

Xudatda ölümlə nəticələnən yol qəzası olub Faktla bağlı araşdırma aparılır
Hadisə
18 İyul , 2017 11:48
Xudatda ölümlə nəticələnən yol qəzası olub

Xudat. 18 iyul. REPORT.AZ/ Xudat şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Mahir Musa oğlu Dərgahi idarə etdiyi “Mercedes” markalı 99 DH 457 dövlət nömrə qeydiyyatlı maşınla Qubanın Cimi kənd sakini, velosipedçi, 1990-cı il təvəllüdlü Möhlət Babayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi