Xudatda minik avtomobili at arabasını vurdu, xəsarət alanlar var

Xudatda minik avtomobili at arabasını vurdu, xəsarət alanlar var Xudatda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
197
27 İyul , 2021 00:01
Xudatda minik avtomobili at arabasını vurdu, xəsarət alanlar var

Xudatda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şimal bürosunun məlumatına görə, hadisə şərti olaraq “İkinci şöbə” adlanan yerdə qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olan at arabasını vurub. Nəticədə arabada olan Xudat qəsəbəsi sakini, 1961-ci il təvəllüdlü, Məhəmməd Cəfərağa oğlu Xalıqov və Quba rayonunun Vladimirovka kənd sakini, 2009-cu il təvəllüdlü İlkin Rüstəm oğlu Cəfərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi