Xudatda iki avtomobil toqquşub, bir sürücü yaralanıb, digəri hadisə yerindən qaçıb

Xudatda iki avtomobil toqquşub, bir sürücü yaralanıb, digəri hadisə yerindən qaçıb Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Noyabr , 2016 18:51
Xudatda iki avtomobil toqquşub, bir sürücü yaralanıb, digəri hadisə yerindən qaçıb

Xaçmaz. 22 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda yol qəzası baş verib. 

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Xudat şəhərində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" və "VAZ-2121" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 1987-ci il təvəllüdlü Albert Həmid oğlu Ağamov xəsarət alıb. Yaralı Xudat Şəhər Mərkəzi Xəstəxanasına aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buaxılıb. 

"VAZ-2121" sürücüsü isə hadisə yerindən qaçıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi