Xudatda sahibsiz itin dişlədiyi şəxslərin sayı artıb - FOTO

Xudatda sahibsiz itin dişlədiyi şəxslərin sayı artıb - FOTO Xaçmaz rayonunda biri azyaşlı olmaqla beş nəfəri sahibsiz it dişləyib.
Hadisə
1 May , 2022 22:02
Xudatda sahibsiz itin dişlədiyi şəxslərin sayı artıb - FOTO

Xudat şəhərində sahibsiz itin dişlədiyi şəxslərin sayı artıb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xudat şəhəri və ətraf kəndlərdə baş verib.

Belə ki, eyni gündə Xudat şəhərində sahibsiz itin dişlədiyi şəxslərin sayı artaraq 8 nəfərə çatıb. Bu siyahıya 1962-ci il təvəllüdlü Əmişov Rövşən Savat oğlu, 2013-cü il təvəllüdlü Kərimova Aynur Bəhruz qızı və 1992-ci il təvəllüdlü Babayev Ceyhun Yanvar oğlu da əlavə olunublar.

Adiyyatı qurumlar insanlara xəsarət yetirən itin zərərsizləşdirməsi istiqamətində hələ müvafiq tədbirlər görməyiblər.

18:50

Xaçmaz rayonunda biri azyaşlı olmaqla beş nəfəri sahibsiz it dişləyib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xudat şəhərində baş verib.

Belə ki, eyni gündə Xudat şəhərində Xaçmaz rayon sakinləri, 1991-ci il təvəllüdlü Kənan İslam oğlu Hümmətovu, 1965-ci il təvəllüdlü Cavid Məhəmməd oğlu Şıxverdiyevi, 2013-cü il təvəllüdlü Rəsul Renat oğlu Mikayılovu, 1968-ci il təvəllüdlü Rovşən Əmirbaba oğlu Heybətovu və 1971-ci il təvəllüdlü Ramik Əlihüseyn oğlu Nəsirovu it dişləyib.

Rayon sakinləri bildiriblər ki, Xudat küçələrində gəzən quduz olduğu ehtimal olunan, boğazında xaltası olan ağ rəngli Qafqaz çoban itinin hücumuna məruz qalıblar.

Yaralıların hamısı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurularaq yaraları tikilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi