Xudatda avtomobil piyadanı vuraraq öldürüb

Xudatda avtomobil piyadanı vuraraq öldürüb Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 may 2023 21:04
Xudatda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.

Belə ki, avtomobil 1998-ci il təvəllüdlü Əmrəyev Sənan Cəmaləddin oğlunu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi