Xudatda 80 yaşlı qadını öldürməkdə təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduğunu deyib

Xudatda 80 yaşlı qadını öldürməkdə təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduğunu deyib Ekspertiza rəyinə əsasən o, hadisə vaxtı özünü idarə edə biləcək vəziyyətdə olub
Hadisə
29 Dekabr , 2016 17:13
Xudatda 80 yaşlı qadını öldürməkdə təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduğunu deyib

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rafiq Şıxverdiyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ramin Nağdəliyev ittiham aktını elan edib.

R.Şıxverdiyev ittiham aktı üzrə özünü təqsirli bilmədiyini və hadisə baş verən zaman anlaqsız vəziyyətdə olduğunu deyib.

Daha sonra məhkəmədə eskpertiza rəyi elan edilib. Ekspertiza rəyinə əsasən, R.Şıxverdiyev qətli anlaqsız vəziyyətdə törətməyib. Belə ki, o, hadisə vaxtı özünü idarə edə biləcək vəziyyətdə olub.

Məhkəmənin növbəti iclası yanvarın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə Xudat şəhəri Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızını boğazını kəsərək qətlə yetirib. Hadisəni törədən R.Şıxverdiyev Xudat şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi