Yuxarı

Xudat sakini dostunu qətlə yetirib - YENİLƏNİB

Xudat sakini dostunu qətlə yetirib - YENİLƏNİB
İki dost arasında mübahisə yeyib içdikdən sonra baş verib

Xudat. 30 oktyabr. REPORT.AZ/ Xudat şəhərində qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki dost, rayon sakinləri, 1964-cu il təvəllüdlü  Bəxtiyar Şahlar oğlu Çobanov və 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlu yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman birinci sonuncunu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə iş açılıb.


***9:12

Xudat. 30 oktyabr. REPORT.AZ/ Xudat şəhər sakini həmyerlisini bıçaqlayaraq qətlə yetirib. 

"Report"un məlumatına görə, hadisə iki dost arasında restoranlardan birində yeyib-içdikdən sonra baş verib. 

Belə ki, iki dost restoranda mübahisı etməyə başlayıblar. Mübahisə zəmnində dostlardan biri digərini bıçaqlayıb. 

Xaçmaz Rayon Polis Şöbəsindən "Report"un  yerli bürosuna faktı təsdiqləyiblər və araşdırma aparıldığı bildirilib. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi