Xocavənddə ermənilərdən qalmış silah-sursat aşkarlanıb

Xocavənddə ermənilərdən qalmış silah-sursat aşkarlanıb Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus silah-sursat aşkar edilib.
Hadisə
23 iyun 2023 09:10
Xocavənddə ermənilərdən qalmış silah-sursat aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus silah-sursat aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları 3 avtomat, 1 qumbaraatan, 1 tapança, 882 ədəd müxtəlif çaplı patronlar və digər sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi