Xocavənd sakinindən narkotik götürülüb

Xocavənd sakinindən narkotik götürülüb Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
Hadisə
1 Sentyabr , 2021 11:48
Xocavənd sakinindən narkotik götürülüb

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan məlumat əsasında Beyləqan rayonu ərazisində yerləşən Xocavənd şəhərciyində RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Axullu kənd sakini Əli Nəzərov saxlanılıb.

Onun evinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirlir.

Son xəbərlər

Orphus sistemi