Xocalı soyqırımı günü Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Xocalı soyqırımı günü Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
Hadisə
24 Fevral , 2016 10:18
Xocalı soyqırımı günü Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, səhər saat 08:00-dan tədbir tam başa çatana qədər – İzzət xanım Orucova, Ayaz İsmayılov, Heydərəli Tağızadə, Rövşən Əliyev, Fəzail Bayramov və Sergey Senyuşkin küçələrindən Xocalı prospektinə doğru avtomobillərin istiqaməti dəyişdiriləcək.

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi bu istiqamətlərdə nəqliyyat sıxlığının yaşanmaması üçün, vətəndaşlara, sürücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi