Xocalı sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Xocalı sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Avqust , 2017 17:11
Xocalı sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Goranboy. 18 avqust. REPORT.AZ/ Goranboy rayonunda elektrik cərəyanı vurması nəticəsində ölən şəxsin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu Xocalı rayonundan olan və Goranboy rayonu ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Həmidov Eldəniz Yusif oğludur. Onu hansı şəraitdə elektrik cərəyanının vurması hələlik məlum deyil.


***17:04

Goranboy. 18 avqust. REPORT.AZ/ Xocalı rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy rayonunda baş verib.

Belə ki, rayon ərzasində məskunlaşan, Xocalı rayonundan olan məcburi köçkünü ehtiyyatsızlıqdan elektrik cərəyanı vurub. Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi