Xocahəsəndə “Qazel” yeniyetməni vurdu

Xocahəsəndə “Qazel” yeniyetməni vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 fevral 2021 23:30
Xocahəsəndə “Qazel” yeniyetməni vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Xocahəsən qəsəbəsinə qeydə alınıb.

“Qazel” markalı yük avtomobili yolu keçən 2005-ci il təvəllüdlü Həmidli Əliəşrəf Kamran oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi