Xızıda yük avtomobili aşıb, xəsarət alan var

Xızıda yük avtomobili aşıb, xəsarət alan var Xızı rayonunda yük avtomobili aşıb, xəsarət alan var.
Hadisə
23 May , 2022 09:19
Xızıda yük avtomobili aşıb, xəsarət alan var

Xızı rayonunda yük avtomobili aşıb, xəsarət alan var.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Sitalçay kəndində “Shacman” markalı yük avtomobilinin yol kənarına aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi