Xızıda avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Xızıda avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB Qəza yolların buzlu olması səbəbindən baş verib
Hadisə
248
9 Fevral , 2017 03:53
Xızıda avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Xızı. 9 fevral. REPORT.AZ/ Gecə saatlarında Xızı-Xələc yolunda "Toyoto Prado" markalı avtomobilin aşması nəticəsində 4 nəfər yaralanıb.

"Report"un Şimal bürosu xəbər verir ki, yollar buz bağladığına görə avtomobil sürüşərək yoldan çıxıb və nəticədə bir neçə dəfə aşıb.

Xızı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Behtaş Nəbiyevin "Report"a verdiyi məlumata görə, hadisə zamanı maşında 6 nəfər olub, onlardan üçü yüngül xəsarət alıb, daha bir nəfərin isə omba sümüyü qırılıb.

Onun sözlərinə görə, yaralılardan ikisi Xızı MRX-da qalıb, digər iki nəfər Sumqayıt şəhər xəstəxanasına göndərilib.

***02:41

Gecə saatlarında Xızıda ağır yol qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, qəza Giləzi-Xızı yolunda qeydə alınıb.

Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi