Xızıda yol qəzası baş verib, 2 nəfər ölüb

Xızıda yol qəzası baş verib, 2 nəfər ölüb Xızı RPŞ tərəfindən araşdırma aparılır
Hadisə
24 Yanvar , 2017 11:37
Xızıda yol qəzası baş verib, 2 nəfər ölüb

Bakı. 24 yanvar. REPORT.AZ/ Xızı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, rayonun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Elçin adlı şəxs hadisə yerində ölüb, özü və 4 sərnişini xəstəxanaya yerləşdirilib. B.Məmmədqasımov isə xəstəxanada ölüb.

Xızı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi