Xızıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada xəstəxanada ölüb

Xızıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada xəstəxanada ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Oktyabr , 2016 12:16
Xızıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada xəstəxanada ölüb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Xızı rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən "Report"un verdiyi məlumata görə, Xızı rayonunun Giləzi qəsəbəsində Siyəzən şəhər sakini Tərlan Məmmədov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Xızı rayon sakini Etibar Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi