Xızıda yaşlı qadına qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayır

Xızıda yaşlı qadına qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayır Xızı rayonunda yaşlı qadına qarşı soyğunçuluq edən 37 yaşlı Anar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
18 Dekabr , 2019 18:35
Xızıda yaşlı qadına qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayır
pexels.com

Xızı rayonunda yaşlı qadına qarşı soyğunçuluq edən 37 yaşlı Anar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilib.

Hakim Bəylər Ələkbərovun icraatında olan iş üzrə hazırlıq iclası dekabrın 26-na təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini A.Cəfərov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

O, rayon ərazisindəki evlərin birindən yaşlı qadına qarşı soyğunçuluq etməklə 950 manat pulu ələ keçirməkdə günahlandırılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Anar Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması da məlum olub. Polis əməkdaşları tərəfindən onun Xızı rayonu ərazisində müvəqqəti yaşadığı evə keçirilən baxış zamanı oradan 441 qram narkotik vasitə olan qurudulmuş marixuana və 41 qram tiryək aşkarlanaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi