Yuxarı

Xızıda torpaq sürüşməsi baş verib, yol çöküb - FOTO

Sürüşmənin güclü yağışlardan sonra meydana gəldiyi ehtimal edilir

Xızı. 30 noyabr. REPORT.AZ/ Xızı rayonunda torpaq sürüşməsi baş verib. 

Xızı Rayon İcra Hakimiyyətindən (RİH) "Report"un Şimal bürosuna verilən məlumata görə, sürüşmə zamanı rayonun Altıağac kəndinə gedən yol çöküb. 

RİH-dən bildirilib ki, sürüşmə daha çox yolun 3-cü və 11-ci kilometrliyində müşahidə olunub: "Sürüşmə nəticəsində yol bağlanmayıb, nəqliyyat vasitələri hərəkət edir. Amma, yolda yaranan çətinliyi aradan qaldırmaq üçün əraziyə "Azəravtoyol"un yerli nümayəndələri  cəlb edilib və yolda bərpa işləri aparılır. İlkin olaraq təbii fəlakətin güclü yağışlardan sonra meydana gəldiyi ehtimal edilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi