Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Hadisə
10 May , 2022 12:56
Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Belə ki, Xızı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər şəxs Sitalçay kəndi ərazisində “Opel” markalı avtomobilin sürücüsü və sərnişinlərinin onu bıçaqla hədələyərək 290 manat pulunu almaları barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov eləcə də, sərnişinləri Oğuz rayon sakini Anar Salahov və Sabirabad rayon sakini İltifat Cəfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, Anar Salahov qadın geyimlərindən və parikdən istifadə etməklə xarici görünüşünü dəyişərək, hərəkətdə olan avtomobilləri saxladıb. Daha sonra isə qrupun digər üzvləri soyğunçuluq əməlini törədiblər.

Saxlanılan şəxslər bundan əvvəl də eyni əməli törətdiklərini etiraf ediblər.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi