Xızıda sürücü onun maşınını vuran digər avtomobilin sürücüsünü qətlə yetirib

Xızıda sürücü onun maşınını vuran digər avtomobilin sürücüsünü qətlə yetirib Hadisə bu gecə Xızı-Sumqayıt yolunda qeydə alınıb
Hadisə
17 Yanvar , 2018 07:22
Xızıda sürücü onun maşınını vuran digər avtomobilin sürücüsünü qətlə yetirib

Xızı. 17 yanvar. REPORT.AZ/ Xızı rayonunda qətl ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə bu gecə Xızı-Sumqayıt yolunda qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Vamiq Süleyman oğlu idarə etdiyi avtomobil ilə digər maşının arxa hissəsinə çırpılıb. Vurulan maşının sürücüsü (hələlik ad-soyadı açıqlanmır) qəzaya görə, V.Cəfərovla əlbəyaxa olub. Dava zamanı o, V.Cəfərovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə vurulan şəxs hadisə yerində ölüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi