Xızıda silahla gəzən gəncin məhkəməsi başlayır

Xızıda silahla gəzən gəncin məhkəməsi başlayır Xızıda narkotik və qanunsuz silah gəzdirməkdə təqsirləndirilən 19 yaşlı Mehdi Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
1 may 2020 10:59
Xızıda silahla gəzən gəncin məhkəməsi başlayır

Xızıda narkotik və qanunsuz silah gəzdirməkdə təqsirləndirilən 19 yaşlı Mehdi Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilib.

Hakim Bəylər Ələkbərovun icraatında olan iş üzrə hazırlıq iclası hələlik təyin edilməyib.

Qeyd edək ki, Xızı rayonunun Şurabad kənd sakini, Mehdi Rzayev bu ilin fevral ayında polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onun üzərinə baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi kəsilmiş odlu silah, beş patron və heroin aşkar edilərək götürülüb.

M.Rzayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi