Xızıda raket tapılıb

Xızıda raket tapılıb Xızı rayonunda 1 ədəd 72 mm-lik 9M36 raketi (Strela-3) tapılıb.
Hadisə
26 Sentyabr , 2019 18:25
Xızıda raket tapılıb

Xızı rayonunda 1 ədəd 72 mm-lik 9M36 raketi (Strela-3) tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, sentyabrın 26-da saat 11:40-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Yaşma kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 72 mm-lik 9M36 raketi (Strela-3) aşkar olunmuş, daşınması təhlükəli olduğuna görə Agentliyin mütəxəssisləri tərəfindən yerində zərərsizləşdirilib.

Raketin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi