Xızıda qardaşını öldürən şəxsin məhkəməsi başlayıb

Xızıda qardaşını öldürən şəxsin məhkəməsi başlayıb Bakı. 27 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
27 Mart , 2018 12:19
Xızıda qardaşını öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 27 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ş.Məhərrəmovun himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı olduğu və həyat yoldaşının isə vəfat etdiyi müəyyənləşib.

1972-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olan Ş.Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitunda gözətçi işləyib.

O bildirib ki, ittiham aktını almayıb.

Buna görə də hazırlıq iclası aprelin 3-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 30-da Xızı rayonunda baş verib. Rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Şirxan Həsən oğlu Məhərrəmov qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.

İlkin məlumata görə, iki qardaş arasında uzun müddətdir torpaq sahəsi üstündə münaqişə varmış. Dünən onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.

Hadisəni törədən şəxs tutulub.

Son xəbərlər

Orphus sistemi