Xızıda partlamamış hərbi sursatlar, mərmi və qumbaralar aşkarlanıb - FOTO

Xızıda partlamamış hərbi sursatlar, mərmi və qumbaralar aşkarlanıb - FOTO Daxili İşlər Nazirliyinin (DİN)102 Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Hadisə
31 mart 2019 20:53
Xızıda partlamamış hərbi sursatlar, mərmi və qumbaralar aşkarlanıb - FOTO

Daxili İşlər Nazirliyinin (DİN)"102" Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Xızı rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə otlaq sahəsinə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 17 ədəd partlamamış hərbi sursat (PHS), 79 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan mərmilər və qumbaralar aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursat (PHS) ətrafında 1,000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi