Xızıda narkotik satan keçmiş məhkum saxlanılıb.
Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.
Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.