Bakı. 7 sentyabr. REPORT.AZ/ Xızı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonunun Səyyadlar kəndində rayon sakini Nurəddin Abdullayev idarə etdiyi "TOFAŞ" markalı avtomobili dərəyə aşırıb.
Nəticədə, sürücü və onun üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.