Xızıda keçmiş məhkum içərisində bir ton arpa olan avtomobili oğurlayıb

Xızıda keçmiş məhkum içərisində bir ton arpa olan avtomobili oğurlayıb Xızı rayonunda içərisində bir ton arpa olan avtomobil oğurlanıb.
Hadisə
22 Noyabr , 2019 12:26
Xızıda keçmiş məhkum içərisində bir ton arpa olan avtomobili oğurlayıb

Xızı rayonunda içərisində bir ton arpa olan avtomobil oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal Xızı Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Müəyyən edilib ki, Şuraabad qəsəbəsində yaşayan T.Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobil noyabrın 21-də Şorabad kəndi ərazisində tapılıb, oğurluğu törətməkdə şübhəli bilinən Xızı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülüb.

Son xəbərlər

Orphus sistemi