Xızıda ildırım çobanları və qoyun-quzunu vurub

Xızıda ildırım çobanları və qoyun-quzunu vurub Xızı. 18 iyun. REPORT.AZ/ Xızının ən yüksək yaylağında ildırım iki çobanı vurub.
Hadisə
18 İyun , 2018 18:41
Xızıda ildırım çobanları və qoyun-quzunu vurub

Xızı. 18 iyun. REPORT.AZ/ Xızının ən yüksək yaylağında ildırım iki çobanı vurub.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Dübrar yaylağında baş verib. 

İldırım Qobustan sakini, 40 yaşlı Ağa Misir oğlu Ağayevi vuraraq öldürüb. Şahidlərin verdiyi məlumata görə, ildırım yaylaqdakı digər çobanı da vurub. Lakin o, sağ qalıb. Yaralı Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi