Xızıda hərbi hissə ətrafından 637 ədəd partlamamış hərbi sursat tapılıb

Xızıda hərbi hissə ətrafından 637 ədəd partlamamış hərbi sursat tapılıb Nəticə etibarilə 949 500 kv.m ərazi yoxlanılıb
Hadisə
16 Noyabr , 2017 03:08
Xızıda hərbi hissə ətrafından 637 ədəd partlamamış hərbi sursat tapılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, noyabrın 15-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 637 ədəd partlamamış hərbi sursat (PHS), 196 ədəd partlamış-yanmış mərmi qalıqları və 383 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 949 500 kv.m (94.95 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 70 gün ərzində 16 576 ədəd partlamamış hərbi sursat (PHS), 8 028 ədəd partlamış-yanmış sursat qalıqları və 66 074 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 67 991 285 kv.m (6 799 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi