Xızıda hərbi hissə ətrafına baxış zamanı 130 ədəd PHS aşkar olunub

Xızıda hərbi hissə ətrafına baxış zamanı 130 ədəd PHS aşkar olunub Nəticə etibarilə 432 977 kv.m (43.30 ha) ərazi yoxlanılıb
Hadisə
25 Noyabr , 2017 03:03
Xızıda hərbi hissə ətrafına baxış zamanı 130 ədəd PHS aşkar olunub

Bakı. 25 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, noyabrın 24-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 130 ədəd partlamamış hərbi sursat (PHS), 157 ədəd partlamış-yanmış mərmi qalıqları və 254 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 432 977 kv.m (43.30 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 79 gün ərzində 19 904 ədəd partlamamış hərbi sursat (PHS), 9 473 ədəd partlamış-yanmış sursat qalıqları və 70 418 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 70 599 262 kv.m (7 060 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi