Xızıda həmyerlisinə atəş açan şəxs bıçaqlandı

Xızıda həmyerlisinə atəş açan şəxs bıçaqlandı Sentyabrın 19-da Xızı Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Altıağac qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Hadisə
21 Sentyabr , 2020 13:19
Xızıda həmyerlisinə atəş açan şəxs bıçaqlandı

Sentyabrın 19-da Xızı Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Altıağac qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar. Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində "BORAWING" markalı silahla bir dəfə Vahid Əhmədova atəş açıb. Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi