Xızıda ferma ərazisində 65 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda ferma ərazisində 65 ədəd partlamamış hərbi sursat aşkar edilib Yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb
Hadisə
3 Noyabr , 2017 02:14
Xızıda ferma ərazisində 65 ədəd partlamamış hərbi sursat aşkar edilib
ANAMA

Bakı. 3 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin birgə keçirdiyi təmizləmə əməliyyatları dava edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, noyabrın 2-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Nəticədə 65 ədəd partlamamış hərbi sursat (PHS), 57 ədəd partlamış-yanmış mərmi qalıqları və 638 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 506 300 kv.m (50.63 ha) ərazi yoxlanılıb.

Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi