Xızı. 11 may. REPORT.AZ/ Xızı rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə “Report”un Şimal bürosuna Xızı Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 8-də rayon ərazisindəki evlərin birindən 900 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şuraabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Qulami saxlanılıb.