İyulun 22-i saat 2 radələrində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində Şahbuz rayon sakini E.Nəcəfovun idarə etdiyi “AzSamand” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan aksiz markası olmayan 114 ədəd spritli içki və 130 kq çəkidə yağ aşkar edilərək götürülüb.