Xızıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Xızıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb - YENİLƏNİB Xızı rayonunda baş verən ağır yol qəzası zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
7 Noyabr , 2019 11:54
Xızıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Xızı rayonunda baş verən ağır yol qəzası zamanı ölən piyadanın şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Neftçala rayon sakini, 1989-cu il təvəllüdlü Vasif Eynulla oğlu Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən rayon sakini, 1967-ci il təvəllüdlü Ceyhun Qasım oğlu Abbasovu vurub.

Piyada xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xızı rayon şöbəsinə yerləşdirilib. 


*** 9:23

Xızı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər veri ki, hadisə rayonunun Giləzi kəndi ərazisində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmaya piyada yolu keçmək istəyərkən “Hyundai” markalı avtomobillə vurulub. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşçdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi