Yuxarı
    Bağlamaq

    Xızıda avtomobil dərəyə aşıb, xəsarət alanlar var - YENİLƏNİB

    Xızı. 7 avqust. REPORT.AZ/ Xızı rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

    "Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məhəbbət Rzabala oğlu Vəliyev, 1963-cü il təvəllüdlü Rafiq Qüdrət oğlu Quliyev və 1973-cü il təvəllüdlü Habil Fazil oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

    Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.


    ***15:21

    Xızı. 7 avqust. REPORT.AZ/ Xızı rayonunda avtomobil dərəyə aşıb. 

    "Report"un yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun rayonun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Xızı rayonunda yüksək sürətlə hərəkət edən minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. 

    Nəticədə avtomobildə olan sürücü və onun 2 sərnişini ağır bədən xəsarətləri alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi