Yuxarı

Xızıda 92 ədəd partlamamış hərbi sursat tapılıb

Xızıda 92 ədəd partlamamış hərbi sursat tapılıb
Nəticə etibarilə 331 700 kv.m (33.17 ha) ərazi yoxlanılıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, dekabrın 12-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 92 ədəd partlamamış hərbi sursat (PHS), 210 ədəd partlamış-yanmış mərmi qalıqları və 730 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 331 700 kv.m (33.17 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 92 gün ərzində 21 435 ədəd partlamamış hərbi sursat (PHS), 12 159 ədəd partlamış-yanmış sursat qalıqları və 76 236 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 73 252 212 kv.m (7 325 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi