Xızıda 9 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 9 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 375 000 kv.m ərazi yoxlanılıb
Hadisə
4 Fevral , 2018 16:32
Xızıda 9 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, fevralın 4-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (PHS), 62 ədəd partlamış-yanmış mərmi qalıqları və 103 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 375 000 kv.m (37.5 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 126 gün ərzində 25 762 ədəd partlamamış hərbi sursat (PHS), 19 827 ədəd partlamış-yanmış sursat qalıqları və 104 385 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 97 589 706 kv.m (9 759 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi