Xızıda 78 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 78 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 232 000 kv.m ərazi yoxlanılıb
Hadisə
12 Dekabr , 2017 00:38
Xızıda 78 ədəd partlamamış hərbi sursat aşkar edilib
ANAMA

Bakı. 12 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, dekabrın 11-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 78 ədəd partlamamış hərbi sursat (PHS), 152 ədəd partlamış-yanmış mərmi qalıqları və 530 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 232 000 kv.m (23.20 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 91 gün ərzində 21 343 ədəd partlamamış hərbi sursat (PHS), 11 949 ədəd partlamış-yanmış sursat qalıqları və 75 506 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 920 512 kv.m (7 292 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi