Xızıda 64 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 64 ədəd partlamamış hərbi sursat aşkar edilib 179 ədəd partlamış-yanmış mərmi qalıqları və 130 kq yandırma aşkar edilərək götürülüb
Hadisə
7 Sentyabr , 2017 00:50
Xızıda 64 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan "Report"a verilən məlumata görə, sentyabrın 6-da yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi, Sitalçay, Şurabad və Məşədi Həsən kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 əkin sahəsinə, 2 ferma ərazisinə, yaşıllıq sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 64 ədəd partlamamış hərbi sursat, 179 ədəd partlamış-yanmış mərmi qalıqları və 130 kq yandırma aşkar edilərək götürülüb.

Ümumiyyətlə, 11 gün ərzində 12 ev, 41 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 14 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 3 941 ədəd partlamamış hərbi sursat, 2 617 ədəd partlamış-yanmış sursat qalıqları və 2 343 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 14 172 562 kv.m (1 417.26 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 4 802 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi