Xızıda 58 yaşlı kişi döyülərək öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb

Xızıda 58 yaşlı kişi döyülərək öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb Xızıda 58 yaşlı kişi öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb.
Hadisə
27 Mart , 2023 12:05
Xızıda 58 yaşlı kişi döyülərək öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb

Xızıda 58 yaşlı kişi öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinə martın 23-də saat 6 radələrində 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub.

S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi