Xızıda 54 yaşlı kişi damdan yıxılaraq xəsarət alıb

Xızıda 54 yaşlı kişi damdan yıxılaraq xəsarət alıb Xızı. 11 may. REPORT.AZ/ Xızı rayonunda 54 yaşlı kişi damdan yıxılaraq xəsarət alıb.
Hadisə
11 May , 2018 20:39
Xızıda 54 yaşlı kişi damdan yıxılaraq xəsarət alıb

Xızı. 11 may. REPORT.AZ/ Xızı rayonunda 54 yaşlı kişi damdan yıxılaraq xəsarət alıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Giləzi qəsəbəsində qeydə alınıb.

Belə ki, Xızı rayon sakini, 1964-cü il təvəllüdlü Mirsəfa Məhəmməd oğlu Hadıyev Giləzi qəsəbəsi ərazisində damdan yıxılaraq ağır xəsarət alıb. Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, M.Hadıyev Xızı rayon Suvarma Sistemləri İdarəsinin qaynaqçısıdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi