Xızıda 245 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 245 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 523 500 kv.m ərazi yoxlanılıb
Hadisə
13 Yanvar , 2018 19:39
Xızıda 245 ədəd partlamamış hərbi sursat aşkar edilib
ANAMA

Bakı. 13 yanvar. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, yanvarın 13-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 245 ədəd partlamamış hərbi sursat (PHS), 202 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 625 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 523 500 kv.m (52.35 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 113 gün ərzində 25 087 ədəd partlamamış hərbi sursat (PHS), 17 520 ədəd partlamış-yanmış sursat qalıqları və 98 963 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 79 509 669 kv.m (7 951 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi