Xızıda 22 ədəd partlamamış hərbi sursat tapılıb

Xızıda 22 ədəd partlamamış hərbi sursat tapılıb Bakı. 3 fevral. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
Hadisə
3 Fevral , 2018 01:06
Xızıda 22 ədəd partlamamış hərbi sursat tapılıb

Bakı. 3 fevral. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 22 ədəd partlamamış hərbi sursat (PHS), 106 ədəd partlamış-yanmış mərmi qalıqları və 198 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 63.4 ha ərazi yoxlanılıb.

Ümumiyyətlə, 124 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, habelə müxtəlif ərazilərə baxış keçirilib, 25 712 ədəd partlamamış hərbi sursat (PHS), 19 616 ədəd partlamış-yanmış sursat qalıqları və 104 095 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 9 649 ha ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Son xəbərlər

Orphus sistemi